Bakı Zooparkı yeni quruma birləşdirilir

Hazırda oxunan: Bakı Zooparkı yeni quruma birləşdirilir

620975

Bakı Şəhər Heyvanat Parkı (Zoopark) paytaxtda yeni yaradılan "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) birləşdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun "Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında" Prezident Fərmanının icrasını təmin etmək məqsədilə imzaladığı Sərəncamda qeyd olunub.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, Bakı Şəhər Heyvanat Parkının Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə birləşmə yolu ilə yenidən təşkili barədə təkliflərini iki ay müddətində hökumətə təqdim etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin