Yekaterinburqda Vidadi Mustafayevin məhkəməsi başladı – FOTO/VİDEO

Hazırda oxunan: Yekaterinburqda Vidadi Mustafayevin məhkəməsi başladı – FOTO/VİDEO

621029

Yekaterinburqun "İset" göydələnində saxlanılan azərbaycanlı Vidadi Mustafayevin məhkəmə prosesi başlayıb. Bir neçə dələduzluq epizodunda ittiham olunan V.Mustafayev ittihamları rədd edib.

Bizim.Media xəbər verir ki, iyunun 22-də keçirilən məhkəmə iclasında ittiham aktı oxunub və zərərçəkmiş şəxslərdən Novruz Sadatov dindirilib.

İstintaqın rəsmi versiyasına görə, Vidadi Mustafayev hüquq-mühafizə orqanlarında və digər dövlət qurumlarında yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu iddia edərək, müxtəlif şəxslərin problemlərini həll etmək adı ilə onlardan külli miqdarda pul mənimsəyib. Cinayət işində zərərçəkmiş qismində tanınan Novruz Sadatov ona məxsus "Porsche" avtomobili də daxil olmaqla ümumilikdə 16 milyon rubl, digər zərərçəkənlər Boyliyev 700 min rubl, Pankratov isə 5 milyon rubldan çox vəsaitin mənimsənildiyini bildiriblər.

Məhkəmədə çıxış edən Vidadi Mustafayev isə qurama ittihamların qurbanı olduğunu iddia edib:

"Mən varlanmaq məqsədimin olduğunu düşünmürəm, insanlar özləri mənim yanıma gəliblər. Bu cinayət işinin nə ilə bağlı olduğunu yaxşı bilirəm. "Urals Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzi" ilə bağlı yaranmış vəziyyətdən bəzi şəxslər sui-istifadə etdilər. Mən bu insanlardan heç bir pul almamışam. Sadatovdan Şartaşdakı meşə parkı layihəsi ilə bağlı 30 milyon rubl istədiyimi deyirlər, mən ondan heç bir pul tələb etməmişəm", – deyə o qeyd edib.

Məlumata görə, hüquq-mühafizə orqanları keçmiş diaspor rəhbərinə qarşı daha bir neçə epizod üzrə, o cümlədən "Aqroprodukt" şirkətinin şikayəti əsasında araşdırmaları davam etdirir.

Qeyd edək ki, Vidadi Mustafayev 2025-ci ilin dekabrında saxlanılıb və onun həbsi diasporun digər tanınmış siması, artıq barəsində iki məhkəmə hökmü çıxarılan Şahin Şıxlinskinin həbsindən sonraya təsadüf edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin