Polşa Senatının vitse-marşalı (vitse-spikeri) Mixal Kaminski Ukraynaya məxsus iki dövlət mükafatını bu ölkənin Varşavadakı səfirliyinə geri qaytarıb.
Bizim.Media xəbər verir ki, polşalı siyasətçi bu qərarını Ukraynanın Polşadakı səfiri Vasili Bodnara ünvanladığı açıq məktubda bəyan edib.
Kaminski mükafatları geri qaytarmaq addımını "böyük təəssüf hissi" ilə atdığını, lakin iki ölkə arasında əsl tərəfdaşlığın yalnız "həqiqət, qurbanlara hörmət və qarşılıqlı dürüstlük" üzərində qurula biləcəyinə inandığını vurğulayıb.
Siyasətçi Ukraynanın Volın faciəsinə və Polşa vətəndaşlarının kütləvi qətllərinə görə məsuliyyət daşıyan bəzi tarixi şəxsiyyətləri hələ də milli qəhrəman kimi qəbul etməsindən məyus olduğunu bildirib.
Qeyd edək ki, bu hadisə son günlər Varşava ilə Kiyev arasında yaşanan növbəti diplomatik və tarixi qalmaqal fonunda baş verib.
Bundan əvvəl Polşa tərəfinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə verilən "Ağ Qartal" ordenini geri almaq addımından sonra, Ukraynanın üç keçmiş prezidenti və digər rəsmiləri də Polşa mükafatlarından imtina etdiklərini açıqlamışdılar. Mixal Kaminskinin addımı Ukrayna tərəfinin həmin addımlarına qarşı analoji reaksiya kimi qiymətləndirilir.
Bizim.Media




































































































