Prezidentin köməkçisindən aqrar sahədə yeni mərhələnin ANONSU

Hazırda oxunan: Prezidentin köməkçisindən aqrar sahədə yeni mərhələnin ANONSU

620994

“Azərbaycanda aqrar sahədə yeni mərhələ yüksək məhsuldarlığa və ixraca hesablanıb”.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları istehsalçılarına birbaşa subsidiyaların verilməsi aqrar sahənin hərtərəfli inkişafında və ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas dövlət dəstəyi mexanizmlərindən biri kimi qəbul olunur:

"Tətbiq edilən yeni subsidiya mexanizmləri regional ixtisaslaşmanı, innovativ texnologiyaların tətbiqini, torpaq və su resurslarından səmərəli istifadəni, ümumilikdə isə dayanıqlı inkişafı təşviq edir. Göründüyü kimi, aqrar sahədə keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi, müasir dövrün tələblərinə cavab verən, yüksək məhsuldarlığa malik və ixracyönümlü istehsala əsaslanan yeni Dövlət Proqramının qəbulunu zəruri edib".

N.Əmirov qeyd edib, dövlət başçısının Prezident Administrasiyasına və Nazirlər Kabinetinə verdiyi tapşırıqlar əsasında kənd təsərrüfatının inkişafına dair yeni, hərtərəfli və əhatəli Dövlət Proqramı hazırlanıb:

"Bu proqram qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəd olmaqla yanaşı, məhsul istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin formalaşdırılması, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafının yeni mərhələyə keçirilməsi baxımından mühüm yol xəritəsi rolunu oynayır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin