İstanbulun Bağcılar bölgəsindəki TEM şossesində qəribə hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, motosikletdə olan kuryer idarətməni itirərək yerə yıxılıb.
Nəticədə üzərində daşıdığı pullar yerə səpələnib. Külək pulu dağıdıb və şossedə qeyri-adi mənzərə yaradıb. Ayağa qalxdıqdan sonra kuryer səpələnmiş pulu götürməyə çalışıb və dayanan sürücülər onun köməyinə qaçıblar. Bəzi sürücülər hətta pulu götürmək üçün yolun ortasına da çıxıblar.
Hadisə hər iki istiqamətdə tıxac yaradıb və vətəndaşlar yığılan pulları sahibinə qaytarıblar.
Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb. Görüntülərdə vətəndaşların səpələnmiş pulu yığdığı, lentə alan şəxsin isə "Pul hər yerə səpələnib. Hamı yollarda pul yığır" dediyi eşidilir.
Bizim.Media

- A-
- A
- A+
Region
14:20 / 23.06.2026
Kuryer motosikletdən yıxıldı, yola səpələnmiş pulları sürücülər yığdı – VİDEO
Hazırda oxunan: Kuryer motosikletdən yıxıldı, yola səpələnmiş pulları sürücülər yığdı – VİDEO
Hazırda oxunan: Kuryer motosikletdən yıxıldı, yola səpələnmiş pulları sürücülər yığdı – VİDEO
621028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































