Putin: "Qərb Rusiya ilə müharibəyə hazırlaşdığını açıq şəkildə bəyan edir" - VİDEO

Hazırda oxunan: Putin: "Qərb Rusiya ilə müharibəyə hazırlaşdığını açıq şəkildə bəyan edir" - VİDEO

621038

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Ukrayna münaqişəsi fonunda atdığı addımları şərh edərkən kəskin bəyanatlarla çıxış edib.

Bizim.Media xəbər verir ki, Rusiya lideri NATO-nun son dövrlərdəki ritorikasının dəyişdiyinə diqqət çəkib.

"Əgər əvvəllər NATO ölkələri yalnız "Kiyev rejimi"nə dəstək verməklə kifayətlənirdilərsə, indi Qərbdə Rusiya ilə müharibəyə hazırlaşdıqlarını açıq şəkildə dilə gətirirlər", – deyə Putin vurğulayıb.

Rusiya tərəfi NATO ölkələrinin bu bəyanatlarını və hərbi hazırlıqlarını birbaşa təhdid kimi qiymətləndirdiyini və buna uyğun olaraq öz müdafiə potensialını gücləndirəcəyini bəyan edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin