Baş nazirdən qaz təchizatı ilə bağlı QƏRAR

Hazırda oxunan: Baş nazirdən qaz təchizatı ilə bağlı QƏRAR

620973

"Qaz təchizatı sisteminə dair Qaydalar" təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Müəyyən edilib ki, "Qaz təchizatı sisteminə dair Qaydalar"da Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) xidmət kanalı üzərindən müvafiq sistem operatorunun informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.

"Qaz təchizatı sisteminə dair Qaydalar"da həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə və ya məlumatlandırma icraatı çərçivəsində tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin