75 minədək Amerikalı Fətullah Gülənin Türkiyəyə verilməsini tələb etdi

Hazırda oxunan: 75 minədək Amerikalı Fətullah Gülənin Türkiyəyə verilməsini tələb etdi

145847
75  minədək Amerika vətəndaşı Fətullah Gülənin Türkiyəyə ekstradisya olunması ilə bağlı keçirilən petisiyaya imza atıb.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı Ağ Evin saytında keçirilən petisiyaya 75 mindək Amerika vətəndaşı imza atıb.

Amerika vətəndaşları terrorçu Fətullah Gülənin Türkiyəyə verilməsini istəyirlər. Petisiyanın mətnində “Mən istəyirəm ki, bizim hökumət Fətullah Gülənə sığınacaq  verməyi dayandırıb, onu Türkiyəyə təhvil verilməsini təmin etsin”x9d yazılıb.

Qeyd edək ki, qaydalara görə Petisiyaya Ağ Evdə baxlması üçün 100 min insanın imzası lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin