Rüttedən Trampa 1,2 trilyon dollarlıq vəd – VİDEO

Hazırda oxunan: Rüttedən Trampa 1,2 trilyon dollarlıq vəd – VİDEO

621477

NATO-nun Baş katibi Mark Rütte Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdə maraqlı bəyanatlarla çıxış edib. Baş katib Trampın hərbi xərclərlə bağlı tənqidlərinə cavab olaraq, müttəfiqlərin müdafiə büdcələrini kəskin şəkildə artırdığını rəqəmlərlə nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı beynəlxalq media qurumları yayıb.

Mark Rütte, xüsusilə Avropa ölkələri və Kanadanın müdafiə xərclərindəki artımı birbaşa Donald Trampın rəhbərliyi dövründə tətbiq etdiyi təzyiq siyasətinin nəticəsi olduğunu vurğulayıb:

"Bu 1 trilyon dollar onu göstərir ki, avropalılar və kanadalılar Sizin 2017-ci ildə vəzifəyə gəlməyinizdən bəri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıblar. Ümumilikdə, avropalıların və kanadalıların əlavə xərcləri 1,2 trilyon dollar təşkil edib", — deyə NATO rəhbəri bildirib.

Baş katib ABŞ liderinin bu sahədə tarixi bir uğura imza atdığını qeyd edərək, tərif dolu ifadələr işlədib:

"Siz görürsünüz ki, ABŞ-ın belə bir prezidentinin rəhbərliyi altında biz müdafiəyə demək olar ki, 140 milyard dollar əlavə vəsait xərcləyirik. Siz ardıcıl olaraq Eyzenhauer dövründən bəri heç kimin nail ola bilmədiyi bir hədəfə çatdınız — yəni avropalılar öz müdafiə xərclərini Amerika Birləşmiş Ştatlarının xərcləri ilə bərabərləşdirdilər. Budur bunun sübutu", — deyə M. Rütte əlavə edib.

Qeyd edək ki, Baş katibin bu çıxışı, Trampın müttəfiqləri "heç nə ödəmək istəməməkdə" ittiham etməsindən dərhal sonra rəsmi tərəfdaşları müdafiə etmək və Ankarada keçiriləcək sammit öncəsi Vaşinqtonu razı salmaq gedişi kimi qiymətləndirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin