Xəstəxanalarda növbə olmayacaq

Hazırda oxunan: Xəstəxanalarda növbə olmayacaq

621504

Dövlət xəstəxanalarında növbə probleminin ilin sonuna qədər minimuma endirilməsi hədəflənir.

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev media nümayəndələri ilə keçirilən qeyri-formal görüşdə deyib.

O bildirib ki, gələn həftədən etibarən daha 6 tibb müəssisəsi bu sistemə qoşulacaq:
 

"Yeni mexanizm vətəndaşlara daha çevik seçim imkanı yaradacaq. Yəni seçilən tibb müəssisəsində lazımi həkimə boş növbə olmadıqda, eyni ixtisas üzrə digər dövlət xəstəxanalarında çalışan həkimlərə də onlayn qaydada müraciət etmək mümkün olacaq".


Qurum rəsmisinin sözlərinə görə, bəzi tibb müəssisələrində onlayn növbə götürən vətəndaşların yalnız 58 faizi qəbulda iştirak edir, qalan 42 faiz isə növbədən istifadə etmir. Bu isə həm həkimlərin iş vaxtının səmərəliliyinə mənfi təsir göstərir, həm də digər pasiyentlərin xidmətə çıxışını çətinləşdirir. Yaxşı olar ki, gəlmədikləri halda növbəni ləğv etsinlər".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin