Ufada "Başneft" neft emalı zavodu vuruldu – VİDEO

Hazırda oxunan: Ufada "Başneft" neft emalı zavodu vuruldu – VİDEO

621491

Rusiya ərazisindəki strateji iqtisadi obyektlərə növbəti dron hücumu qeydə alınıb. Bu dəfə hədəf Ufa şəhərində yerləşən və Rusiya iqtisadiyyatı üçün kritik əhəmiyyət kəsb edən nəhəng neft emalı müəssisəsi olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ukrayna mənbələri və hadisə şahidləri yayıb.
 

Hücum nəticəsində "Başneft" şirkətinə məxsus neft emalı kompleksinə ciddi zərbələr endirilib. Yerli sakinlər Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərinin növbəti uğursuzluğunu istehza ilə qarşılayaraq, "Ufa sakinləri Ukrayna dronlarını Rusiyanın HHM sistemindən daha yaxşı tanıyırlar" fikrini ifadə ediblər.


Zərbə endirilən "Başneft" kompleksi eyni vaxtda üç neft emalı zavodunu (NEZ) özündə birləşdirir və ümumi gücü ildə təxminən 23,5 milyon ton neft təşkil edir. Bu müəssisədə Rusiya ordusu və iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan benzin, dizel, aviasiya yanacağı və digər mühüm neft məhsulları istehsal olunur. Hücumun zavodun işinə və istehsal gücünə vurduğu ziyanın miqyası dəqiqləşdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin