Ukraynaya 90 milyard avroluq kreditin köçürülməsinə başlandı - Lyayendən AÇIQLAMA

Hazırda oxunan: Ukraynaya 90 milyard avroluq kreditin köçürülməsinə başlandı - Lyayendən AÇIQLAMA

621501

Avropa İttifaqı (Aİ) Ukrayna üçün nəzərdə tutulmuş irimiqyaslı 90 milyard avroluq kredit paketinin maliyyələşdirilməsinə start verib. Proqram çərçivəsində ilk maliyyə tranşı artıq yola salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə bəyanatla Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen çıxış edib.

Avropa rəsmisinin sözlərinə görə, qəbul edilmiş qrafikə uyğun olaraq, kredit paketinin ilk hissəsi — 3,2 milyard avro artıq bu gün Ukraynanın müvafiq dövlət hesablarına daxil olacaq.

Ursula fon der Lyayen vurğulayıb ki, bu maliyyə dəstəyi Ukraynanın makroiqtisadi sabitliyini qorumaq, kritik dövlət xərclərini maliyyələşdirmək və ölkənin infrastrukturunun davamlılığını təmin etmək məqsədi daşıyır. Aİ-nin bu addımı tərəfdaş ölkələrin Ukraynaya göstərdiyi uzunmüddətli iqtisadi və strateji dəstəyin tərkib hissəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin