"Sülh bərqərar olunub və onu qorumaq lazımdır" - Paşinyan

Hazırda oxunan: "Sülh bərqərar olunub və onu qorumaq lazımdır" - Paşinyan

621514

Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə həm ölkə daxilində ciddi müzakirələrə səbəb olan hüquqi məsələlərə, həm də regionun iqtisadi gələcəyinə dair strateji layihələrə toxunub. Hökumət başçısı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İƏHM) son qərarına İrəvanın rəsmi reaksiya verməməsi və Azərbaycanla regional inteqrasiya planları barədə danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.
 

Jurnalistlərin 2016-cı ildə həlak olmuş erməni hərbi qulluqçu Ayk Toroyanın hüquqi varislərinin xeyrinə İƏHM tərəfindən çıxarılmış hökmə hökumətin səssiz qalması ilə bağlı sualına cavab verən Paşinyan, prioritetin sülhün qorunması olduğunu vurğulayıb:


"Sülh bərqərar olunub və onu qorumaq lazımdır. Əks halda, onu (sülhü – red.) pozmaq çox asandır", — deyə baş nazir bildirib.

Brifinqdə toxunulan digər mühüm mövzu isə rəqəmsal infrastruktur və təhlükəsizlik məsələləri olub. Paşinyan internet trafikinin Azərbaycan üzərindən Ermənistana tranzit edilməsi ehtimalında heç bir təhlükə və risk görmədiyini bəyan edib.
 

Baş nazirin sözlərinə görə, hakimiyyətin irəli sürdüyü "Sülh kəsişməsi" konsepsiyası ölkə ərazisindən şimaldan cənuba və şərqdən qərbə doğru mümkün qədər çox kabel, boru kəməri, yol, marşrut və hava xətlərinin keçməsini nəzərdə tutur:


"Biz daim deyirik ki, Ermənistan tranzit qovşağına çevrilməlidir. Ermənistandan nə qədər çox axın keçərsə, bizim iqtisadi, siyasi çəkimiz və təhlükəsizlik səviyyəmiz bir o qədər yüksək olar. Bunun əleyhinə çıxanlar Ermənistanın münaqişə çərçivəsində qalmasını istəyənlərdir", — deyə N. Paşinyan vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin