Prezidentin təltif etdiyi general-mayor Fərid Əliyev kimdir? – DOSYE

Hazırda oxunan: Prezidentin təltif etdiyi general-mayor Fərid Əliyev kimdir? – DOSYE

621560

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu təltif edilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Prezident bir qrup hərbi qulluqçunu təltif etdi – SİYAHI


Bizim.Media xəbər verir ki, təltif edilənlər sırasında general-mayor Fərid Əliyev də var. O, “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Fərid Əliyevin dosyesini təqdim edirik:

Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, 2015-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
 

Əmək fəaliyyətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsinin inspektoru vəzifəsində başlayıb və komitənin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsinə qədər yüksəlib. 2023-cü ilin yanvar ayında gömrük xidməti polkovniki rütbəsində vəzifəsindən ayrılıb və Müdafiə Nazirliyində maliyyə və audit üzrə yüksək vəzifəyə təyin edilib.


Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2023-cü il tarixli Sərəncamı ilə Fərid Əliyev Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsi rəisinin müavini — Hərbi-Texniki Satınalmalar İdarəsinin rəisi təyin edilib və baş idarə rəisinin səlahiyyətlərini icra etməyə başlayıb. İki ay sonra, 7 noyabr 2023-cü ildə ona general-mayor ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin