Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında yekun sənəd — Bakı Bəyannaməsi qəbul edilib. Möhtəbər tədbirdə qlobal sülh, regional təhlükəsizlik və dünyada artan dini dözümsüzlüklə bağlı mühüm çağırışlar yer alıb.
Bizim.Media xəbər verir ki, qəbul olunan sənəddə bir sıra qlobal siyasi proseslərə dair prinsipial mövqe nümayiş etdirilib.
Bəyannamədə ABŞ və İran arasında imzalanmış Anlaşma Memorandumu xüsusilə alqışlanıb. Sessiya iştirakçıları bu memorandumun müddəalarının tam yerinə yetiriləcəyinə və bu addımın həm regional, həm də beynəlxalq sülhə, təhlükəsizliyə mühüm töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.
Bununla yanaşı, sənətdə dünyada dözümsüzlük meyillərinin artması pislənilib:
İslamofobiya ilə mübarizə: İştirakçılar dünyada islamofobiyanın artmasından dərin narahatlıqlarını bildiriblər. Din və ya inanc zəminində törədilən bütün zorakılıq aktları, nifrət nitqi və dini ayrı-seçkilikdən qaynaqlanan ekstremizm qətiyyətlə pislənilib.
Beynəlxalq birliyə çağırış: Bakı sessiyasında beynəlxalq ictimaiyyətə müraciət edilərək, ekstremizm, nifrət nitqi, dinlərin təhqir olunması, mənfi stereotiplər, eləcə də insanların dini, etnik və ya inanc mənsubiyyətinə görə damğalanmasına qarşı həm milli, həm də qlobal səviyyədə effektiv tədbirlər görmək çağırışı edilib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:30 / 25.06.2026
İƏT Parlament İttifaqı Konfransında Bakı Bəyannaməsi QƏBUL EDİLDİ
Hazırda oxunan: İƏT Parlament İttifaqı Konfransında Bakı Bəyannaməsi QƏBUL EDİLDİ
Hazırda oxunan: İƏT Parlament İttifaqı Konfransında Bakı Bəyannaməsi QƏBUL EDİLDİ
621480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































