Tramp NATO müttəfiqlərindən gileyləndi: "İspaniya bir qorxu filmidir” – VİDEO

Hazırda oxunan: Tramp NATO müttəfiqlərindən gileyləndi: "İspaniya bir qorxu filmidir” – VİDEO

621483

ABŞ Prezidenti Donald Tramp NATO üzvü olan müttəfiq ölkələri kəskin tənqid atəşinə tutub. Ağ Ev rəhbəri Vaşinqtonun müttəfiqlərinə sadiq olduğunu və hər zaman onlar üçün mübarizə apardığını, lakin qarşılığında eyni loyallığı görmədiyini vurğulayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.

Tramp Avropanın aparıcı dövlətlərinin adlarını çəkərək onlardan məyus olduğunu gizlətməyib:

"Mən İtaliyadan, Britaniyadan məyus oldum. İndi oradakı baş nazir gedib. Bilirsiniz, onun çoxlu problemləri var idi, amma biz Britaniyadan, Almaniyadan və Fransadan məyus olduq, onların əksəriyyətindən məyus olduq. İspaniya isə ümumiyyətlə bir qorxu filmidir (horror show), İspaniya dəhşətlidir. Onlar heç nə ödəmək istəmirlər, hər şeyin onlara pulsuz qalacağını düşünürlər. İspaniya yaxşı ölkə deyil, tamamilə yaxşı deyil", — deyə ABŞ lideri qeyd edib.

NATO daxilindəki hərbi mövcudluğa və xərclərə diqqət çəkən Tramp müttəfiqlərindən sadəcə hörmət və loyallıq gözlədiyini bildirib:

"Mən sadəcə NATO ölkələrindən loyallıq istəyirəm. Biz onlara sadiqik, hər zaman onlar üçün döyüşürük. Bizim təkcə Almaniyada 50 min hərbçimiz var. Bizə sadəcə kiçik bir öpüş verin (hörmət göstərin). Biz çox şey istəmirik. Onlar isə deyirlər: “Yox, biz bunu edə bilmərik'", — deyə o, narazılığını ifadə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin