Polşanın Qdansk şəhərində Ukraynanın müharibədən sonrakı bərpasına həsr olunmuş beynəlxalq konfrans işə başlayıb. Tədbirdə Azərbaycan nümayəndə heyəti də təmsil olunur.
Bizim.Media xəbər verir ki, konfrans çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov polşalı həmkarı Radoslav Sikorski ilə mühüm görüş keçirib.
Görüş zamanı nazirlər Ukraynaya göstərilən humanitar və infrastruktur dəstəyi məsələlərini ətraflı müzakirə ediblər. Bununla yanaşı, tərəflər Cənubi Qafqazdakı cari vəziyyəti, regionda gedən sülh proseslərini və rəsmi Bakının baş verən hadisələrə dair prinsipial qiymətləndirmələrini nəzərdən keçiriblər.
Sikorski Polşanın regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olunmasına verdiyi əhəmiyyəti vurğulayıb, tərəflər ikitərəfli əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media



































































































