Tramp Ağ Evdəki ən dəbdəbəli yataq otağı üçün Melaniya ilə yarışırmış – ŞOK İDDİALAR

Hazırda oxunan: Tramp Ağ Evdəki ən dəbdəbəli yataq otağı üçün Melaniya ilə yarışırmış – ŞOK İDDİALAR

621511

ABŞ prezidenti Donald Trampın Ağ Evdəki ailə həyatı və maraqlı vərdişləri ilə bağlı gözlənilməz detallar üzvə çıxıb. Yeni nəşr olunan kitabda Trampın şəxsi yataq otağını bəzəmək üçün birinci xanım Melaniya Trampın seçdiyi mebel və dekorasiya əşyalarını mənimsədiyi iddia edilir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat "The New York Times" qəzetinin jurnalistləri Meqqi Haberman və Conatan Svonun həmtəsisçiliyi ilə işıq üzü görən "Regime Change: Inside the Imperial Presidency of Donald Trump" (Rejim Dəyişikliyi: Donald Trampın İmperial Prezidentliyinin Pərdəarxası) kitabında yer alıb.

Müəlliflərin sözlərinə görə, Ağ Evə köçdükdən sonra Tramp cütlüyü fərqli yataq otaqlarında yaşayıb. Melaniya iqamətgahın əsas yataq otağında yerləşdiyi halda, Donald Tramp qonşu otağa üstünlük verib və oranı öz zövqünə uyğun bəzəməyə qərar verib.
 

Kitabda iddia olunur ki, Ağ Evin əməkdaşları Melaniyanın ümumi otaqlar üçün şəxsən seçdiyi interyer əşyalarını prezidentin öz otağına apardığını dəfələrlə onun diqqətinə çatdırıblar. Lakin Tramp bu xəbərdarlıqlara əhəmiyyət verməyərək, bunu problem etmədiyini nümayiş etdirib.


Jurnalistlər yazır ki, dövlət başçısı öz otağını daha dəbdəbəli etməyə çalışıb və hətta həyat yoldaşı ilə gizli bir "yarışa" girib. Bu vəziyyət o həddə çatıb ki, administrasiya əməkdaşları otağa gətirilən hər yeni əşyanın fotosunu çəkərək təsdiq üçün Melaniyaya göndərmək məcburiyyətində qalıblar.

Kitabda diqqətçəkən digər məqam isə Trampın otağının tərtibatı ilə şəxsən məşğul olmasıdır. Belə ki, onun yataq otağında üç televizor quraşdırılıb ki, onlardan biri birbaşa vanna otağındadır. Eyni zamanda, Tramp özünün məşhur "Mar-a-Laqo" iqamətgahında olduğu kimi, Ağ Evdəki şəxsi otağında da qızılı rəngli və qızıl suyuna çəkilmiş dekorativ elementlərə üstünlük verib.

Hələlik nə Ağ Ev, nə də Melaniya Trampın ofisi kitabda yer alan bu iddialarla bağlı hər hansı rəsmi şərh verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin