Polşanın Qdansk şəhərində keçirilən Ukrayna üzrə G7+ Energetika Koordinasiya Qrupunun ("energetika Ramştaynı") iclasında Ukraynanın energetika sektorunun mövcud vəziyyəti və gələcək ehtiyacları müzakirə edilib. Tədbirdə çıxış edən Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal ölkənin enerji infrastrukturuna dəymiş ziyanın miqyasını açıqlayıb.
Bizim.Media xəbər verir ki, iclasda geniş hesabatla çıxış edən nazir Denis Şmıqal irimiqyaslı münaqişənin başladığı gündən bəri ölkənin energetika infrastrukturunun 6 mindən çox hücuma məruz qaldığını bildirib.
D. Şmıqal vurğulayıb ki, 2026-2027-ci illər üçün Baş nazir Yuliya Sviridenkonun rəhbərlik etdiyi hökumətin əsas prioritetləri enerji obyektlərinin qorunması və bərpası, paylanmış istehsalın (generasiyanın) inkişafı, qaz anbarlarının doldurulması və Ukrayna enerji sisteminin Avropa enerji məkanına inteqrasiyasıdır.
Maliyyə çatışmazlığına diqqət çəkən energetika naziri donorların dəstəyinə baxmayaraq, ehtiyacların hələ də tam ödənilmədiyini qeyd edib:
"2026-cı ildə beynəlxalq tərəfdaşlar Ukraynanın Energetikaya Dəstək Fonduna 317 milyon avrodan çox vəsait yönəldiblər. Lakin sahənin ümumi ödənilməmiş ehtiyaclarının həcmi artıq 650 milyon avronu ötüb", — deyə D. Şmıqal vurğulayıb.
Görüşün yekunlarına əsasən, tərəfdaş ölkələr Ukrayna energetika sektoruna azı 375 milyon avro məbləğində əlavə yardımın ayrılacağını bəyan ediblər. Nazirin sözlərinə görə, bu vəsaitlər birbaşa enerji infrastrukturunun bərpasına, kritik əhəmiyyətli obyektlərin mühafizəsinə və ölkənin enerji sisteminin dayanıqlığının gücləndirilməsinə sərf olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:30 / 25.06.2026
Ukraynanın energetika sektoruna nə qədər pul lazımdır? - Denis Şmıqal rəqəmləri açıqladı
Hazırda oxunan: Ukraynanın energetika sektoruna nə qədər pul lazımdır? - Denis Şmıqal rəqəmləri açıqladı
Hazırda oxunan: Ukraynanın energetika sektoruna nə qədər pul lazımdır? - Denis Şmıqal rəqəmləri açıqladı
621489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































