Bu il yol qəzalarında həyatını itirənlərin SAYI AÇIQLANDI

Hazırda oxunan: Bu il yol qəzalarında həyatını itirənlərin SAYI AÇIQLANDI

621476

Bakıda "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi" layihələri çərçivəsində ictimai müzakirə davam edir.

Bizim.Media xəbər verir ki, müzakirədə çıxışı zamanı "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı yol-nəqliyyat hadisələri ilə bağlı statistik göstəriciləri iştirakçıların diqqətinə çatdırıb.

O bildirib ki, bu ilin ilk beş ayı ərzində ölkədə 437 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 242 nəfər həyatını itirib, 300-dən çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 

Elməddin Muradlı dəmir yolu keçidlərində baş verən hadisələrə də toxunaraq bildirib ki, bu sahədə də insan tələfatı ilə nəticələnən qəzalar qeydə alınır. Onun sözlərinə görə, bəzi hallarda dəmir yolu xətlərinin üzərinə kənar əşyaların, o cümlədən daşların qoyulması halları müşahidə olunur. Bu cür əməllər nəinki hərəkətin təhlükəsizliyinə təhdid yaradır, həm də ağır nəticələrə səbəb ola biləcək ciddi hüquqpozma hesab edilir.


E.Muradlı qeyd edib ki, dəmir yolu infrastrukturuna qəsdən müdaxilə və qatarların hərəkətinə təhlükə yaradan hərəkətlərə qarşı daha ciddi nəzarət mexanizmlərinin tətbiqinə və maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ehtiyac var.

O vurğulayıb ki, nəqliyyat təhlükəsizliyi sahəsində mövcud problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlar, ekspertlər və ictimaiyyət nümayəndələri birgə fəaliyyət göstərməlidirlər.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin