Bakıda 3 nəfər 55 kq narkotiklə tutuldu – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Hazırda oxunan: Bakıda 3 nəfər 55 kq narkotiklə tutuldu – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

621508

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

DİN-dən Bizim.Media-ya verilən xəbərə görə, tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 47 yaşlı Hafiz Hüseynovdan 11 kiloqramdan artıq tiryək və marixuana, əvvəllər məhkum olunmuş 32 yaşlı Sərhad Eminovdan 21 kiloqrama yaxın marixuana və 39 yaşlı Rüstəm Mədətovdan isə 22 kiloqram marixuana aşkarlanıb.
 

Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 55 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.


Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xətai RPİ əməkdaşları tərəfindən ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 103 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin