Prezidentin göstərişindən sonra nisbətən ucuzlaşan bilet qiymətlərinin yerinə maraqlı hoqqa düşünülüb.
Moderator.az-ın məlumatına görə, bu barədə millət vəkili Fazil Mustafa məlumat verib.
Millət vəklinin sözlərinə görə, 16 yaşdan aşağı sərnişinlər valideynsiz xarici ölkəyə gedərsə, bilet puluna 300 AZN də əlavə ödəməlidir.
"Adam öz ölkəsinin şirkətinə fayda vermək istəyir, ancaq öz şirkətimiz bizlərə bu imkanı heç cür vermək istəmir. Bir dostumuz oğlunu Londona dil kursuna göndərir. Təyyarə bileti üçün AZAL-a müraciət edir. Uşağın 16 yaşı tamam deyil. Prezidentin göstərişinden sonra nisbətən ucuzlaşan bilet qiymətlərinin yerinə maraqlı hoqqa düşünülüb.
16 yaşdan aşağı sərnişinlər valideynsiz gedərsə, bilet puluna 300 AZN də əlavə ödəməlidir. Guya onu müşayət edən şəxsə verilmək üçün. Halbuki hüquqi qayda belədir ki, valideynlərinin hər ikisinin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi varsa, hava şirkəti buna problem yaratmamalıdır.
Demək 520 manat üstəgəl 300 manat. Vətəndaş "British Airline" hava şirkətinə müraciət edir və bildirirlər ki, onlar bu qaydanı yalnız 5-12 yaş arası uşaqlar üçün tətbiq edirlər. Demək, vətənpərvərlik göstərib AZAL-dan bilet almaq istəyinə baxmayaraq xeyrini ingilis şirkətinə verməyə məcbur qalır. Üzülürsən", deyə Fazil Mustafa bildirib.
Millət vəkili AZ AL şirkətinin adının ÇOX AL olaraq dəyişməsi təklifini də edib: "Ancaq nə edəsən, prezidentdən də yuxarı instansiya yoxdur ki? Prezident camaatın ürəyindən keçəni söylədi, bunlar isə yenə də öz ürəklərinden keçəni edirler. Bu nüansları nezərə alarsaq AZAL şirkətinin adını ÇOXAL olaraq dəyişmək daha məntiqli olmazdımı?"
AZAL-ın qiymətlərinin yüksək olması ilk dəfə iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda dövlət başçısı İlham Əliyev tərəfindən kəskin tənqid edilmişdi:
“Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün?.. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?”x9d.





































































































