KXCP sədri Mirmahmud Mirəlioğlu Moderator.az-ın iki yaşının tamam olması münasibəti ilə saytımızı təbrik edib. Təbrik müraciətində deyilir:
"Mənim
həm Moderator.az-a, həm də obyektivlkiyi qoruyan hər bir media orqanına çox
böyük hörmətim var. Moderator.az bizə doğma saytdır. Hesab edirəm ki, bu iki il
ərzində Moderator.az öz fəaliyyətində ciddi uğurlara nail olub, böyük müvəffəqyyətlər
qazanıb. Bu sayt ölkənin ən sayılıb-seçilən media orqanlarından biridir.
Moderator.az hər zaman öz obyektivliyi, xalq və dövlət üçün ciddi aktuallıq kəsb
edən məsəlləri önə çəkməyi ilə diqqəti cəlb edib. Bu sayt fərqli düşərgə və
qütblərə malik insanların müraciət və mövqeyini də işıqlandırır ki, bu da onun
obyektivliyi qoruması, fərqli fikir və mülahizələrə açıq olması, tərəfsizliyi
ilə bağlıdır. Mən iki illik yubileylə əlaqədar olaraq həm saytın baş redaktoru
Zülfüqar Hüseynzadəni, həm saytın əsas ağırlığını üzərində daşıyan Seymur
Əliyevi, həm də adını bilmədiyim digər əməkdaşları təbrik edir, onlara gələcək
fəaliyyətində daha böyük müvəffəqiyyətlər arzulayıram. Əminliklə bildirirəm ki,
sizin vətən və xalq qarşısındakı xidmətləriniz böyük və unudulmazdır".

































































































