Dünyanın ən zəngin və tanınmış şəxsləri özəl mühitdə eksklüziv şam yeməyi qəbul etmək istədikdə, əsasən bir nəfərə — şef Sperxosa müraciət edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə "Arabian Business" nəşri məlumat yayıb.
Dubayda yaşayan yunan əsilli aşpaz və sahibkar hazırda BƏƏ-də 14 restorana, ultra-zəngin müştərilər üçün elit keyterinq xidmətinə və Yunanıstanda fəaliyyət göstərən şəxsi şeflər şəbəkəsinə sahibdir.
Onun daimi müştəriləri arasında "Amazon"un təsisçisi Ceff Bezos, "Formula-1" çempionu Luis Hemilton, reper Trevis Skott, Bollivud ulduzu Şahrux Xan və Şeyx Mahra da daxil olmaqla kral ailələrinin üzvləri var.
Şef Sperxos bildirir ki, zənginlər və məşhurlar iddia edildiyi kimi təmtəraqlı deyil, əksinə, ən yüksək səviyyədə hazırlanmış sadə təamları və keyfiyyəti üstün tuturlar.
Onun menyusuna vəhşi dəniz xanısı, tütünlə hazırlanan vaqyü (wagyu) mal əti və fərdi pəhrizlərə uyğun dəniz məhsulları daxildir.
Biznesini super-yaxtalardan restoran imperiyasına qədər genişləndirən Sperxosun sözlərinə görə, ən böyük çətinlik milyarderlərə xidmət etmək deyil, restoranlarına gələn hər bir sıravi qonağa özünü milyarder kimi hiss etdirə bilməkdir.
Bizim.Media





































































































