Milyonlarla qadının qəfil və qarşısıalınmaz yemək istəyinin (kompulsiv yemək) arxasında populyar bir tibbi preparatın dayandığı məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə "JAMA" jurnalında dərc olunan araşdırmada məlumat verilib.
Miçan Ştat Universitetinin alimləri 15-30 yaş arası 422 qadını iki menstrual dövr ərzində nəzarətdə saxlayıblar. Məlum olub ki, qadınların həddindən artıq yemək tutmaları hormonal kontraseptivlərin (antikonseptiv həblər) tərkibində hormon olan aktiv həblərinin qəbul edildiyi günlərdə kəskin artır.
"Plasebo" (boş) həblərin qəbulu zamanı isə yemək istəyi azalır. Bu asılılıq qadınların əhval-ruhiyyəsindən və ya PMS (aybaşıönəsi sindrom) simptomlarından asılı olmayaraq eyni qalıb.
Ekspertlər bildirirlər ki, qidalanma gündəliyi tutmaq və davranışları izləmək iştahanı nəzarətdə saxlamağa kömək edir. Alimlər bu yan təsirlər fəsad törətdiyi halda həkimlə məsləhətləşərək alternativ kontrasepsiya üsullarına müraciət etməyi tövsiyə edirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:26 / 23.06.2026
Qadınlar nə zaman daha çox yeyirlər? – SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Qadınlar nə zaman daha çox yeyirlər? – SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Qadınlar nə zaman daha çox yeyirlər? – SƏBƏBİ AÇIQLANDI
620932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































