ABŞ Federal Ehtiyat Sisteminin (FRS) keçmiş sədri, tanınmış iqtisadçı Alan Qrinspen Parkinson xəstəliyinin yaratdığı fəsadlar səbəbindən 100 yaşında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə "CNN" telekanalı mərhumun həyat yoldaşı Andrea Mitçelə istinadən məlumat yayıb.
Qrinspen ABŞ-ın mərkəzi bankı funksiyasını yerinə yetirən quruma 1987-2006-cı illər ərzində — Ronald Reyqandan başlayaraq bütövlükdə dörd prezidentin dövründə rəhbərlik edib. O, FRS tarixində ən uzun müddət (5 müddət) bu vəzifəni tutan ikinci şəxsdir.
Fəaliyyəti dövründə Amerika iqtisadiyyatını uzunmüddətli yüksəliş dövründə məharətlə idarə etdiyi üçün o, maliyyə dairələrində "maestro" ləqəbini qazanmışdı.
Bununla belə, vəzifədən getməsindən sonra Qərbdə baş qaldıran qlobal maliyyə böhranı və daşınmaz əmlak bazarındakı çöküş fonunda Qrinspenin maliyyə bazarlarını həddindən artıq liberallaşdırma siyasəti sonradan ciddi tənqidlərə də yol açmışdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:50 / 23.06.2026
Tanınmış iqtisadçı 100 yaşında vəfat etdi
Hazırda oxunan: Tanınmış iqtisadçı 100 yaşında vəfat etdi
Hazırda oxunan: Tanınmış iqtisadçı 100 yaşında vəfat etdi
620936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































