40 milyard avroluq imperiyada ailədaxili DAVA

Hazırda oxunan: 40 milyard avroluq imperiyada ailədaxili DAVA

620928

"Ray-Ban" optika imperiyasının varisi, 31 yaşlı Leonardo Mariya Del Vekkyo ailənin "Delfin Sarl" holdinqinə qarşı açıq ittihamlar irəli sürüb. O, holdinqin idarə heyətindən iyunun 30-da keçiriləcək mühüm səhmdarlar iclası ərəfəsində onun 10 milyard avroluq səhm alışı sövdələşməsini dəstəkləməyi tələb edib.

Bizim.Media xəbər verir ki, bu barədə varisin özünə məxsus olan "Quotidiano Nazionale" qəzeti məlumat yayıb.

Leonardo Mariya qardaşı Luka və bacısı Paolanın ümumilikdə 25%-lik payını almaq niyyətindədir. Bu baş tutarsa, onun "Delfin"dəki payı 37,5%-ə çatacaq və o, imperiyanın ən böyük səhmdarına çevriləcək.
 

Sövdələşmə Avropada bir fiziki şəxs tərəfindən iddia edilən ən böyük kredit paketindən (10 milyard avro) asılıdır. Lakin idarə heyətinin sədri Françesko Milleri alternativ plan kimi həmin səhmlərin holdinqin özü tərəfindən alınıb digər 6 varis arasında bərabər bölünməsini təklif edir.


Qeyd edək ki, "Delfin" holdinqi təkcə eynək nəhəngi "EssilorLuxottica"nı deyil, həm də İtaliyanın "UniCredit", "Generali" və "Monte dei Paschi" kimi nəhəng maliyyə institutlarını nəzarətdə saxlayır.

Bu səbəbdən iyunun 30-da keçiriləcək iclasda Avropanın bütün maliyyə sektoruna təsir edəcək qərarların veriləcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin