Meksikada mayya mədəniyyətinə aid qədim xarabalıqlar TAPILDI

Hazırda oxunan: Meksikada mayya mədəniyyətinə aid qədim xarabalıqlar TAPILDI

620937

Meksikalı arxeoloqlar ölkənin şərqindəki Verakrus ştatında mayya mədəniyyətinin izlərini daşıyan, lakin indiyədək heç bir yerdə rast gəlinməyən tamamilə unikal memarlıq elementlərinə malik qədim xarabalıqlar aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Meksika Milli Arxeologiya və Tarix İnstitutu (INAH) məlumat yayıb.

Meksika Prezidenti Klaudiya Şeynbaum bu kəşfi "çox mühüm və əhəmiyyətli" adlandırıb və hökumətin obyektin öyrənilməsi, eləcə də bərpası üçün xüsusi vəsait ayıracağını bəyan edib.

Erkən klassik dövrə (bizim eranın 200–600-cü illərinə) aid edilən və "Kampo-Vjexo" (Coatepec şəhəri yaxınlığında) adlandırılan qazıntı sahəsində aşkar edilən ən diqqətçəkən tapıntı, Meksikanın bu hissəsində analoqu olmayan dairəvi daş platformadır. Əhəngdaşı və plitnyakdan inşa edilən bu platforma kvadrat xətlər və dairəvi daşlarla bəzədilib ki, bu növ memarlıq üslubu region üçün tamamilə yenidir.
 

Bundan əlavə, ərazidə hündürlüyü 1,88 metr, eni isə 1,47 metr olan nəhəng bir monolit (bütöv daş) tapılıb. Daşın üzərində mayya mədəniyyətinə xas cizgiləri olan iki elit personajın təsvir edildiyi simvolik ritual səhnəsi həkk olunub. Təsvirdə bu şəxslərin bir qabdan müqəddəs su (və ya xüsusi maye) qəbul etdiyi görünür.


Arxeoloqların qənaətinə görə, bu barelyef həmin dövrdə regionda baş vermiş dəhşətli quraqlıq fonunda Tanrıya edilən duaları və ondan "həyatverici maye" dilənməsi ayinini əks etdirə bilər.

Alimlər bu tapıntının Verakrusun qədim sakinlərinin sosial və dini ritualları, eləcə də mayya sivilizasiyasının bu bölgəyə təsiri barədə tarixə yeni səhifələr qazandıracağını bildirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin