Həmsədrlərdən qorxulu sözlər

Hazırda oxunan: Həmsədrlərdən qorxulu sözlər

58450
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərin yekununda münaqişə tərəflərinə müraciət ediblər. 

ANS PRESS-in məlumatına görə, ATƏT-in rəsmi saytında yer alan müraciətdə həmsədrlər İqor Popov (Rusiya) və Pyer Andryu (Fransa) tərəflərə müraciət edərək bu yaxınlarda baş vermiş atəşkəs pozuntusunun böyük gərginliyə çevrilməyəcəyinə ümid ediblər. Müraciət həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin səfərdə iştirak etmiş şəxsi nümayəndəsi Ancey Kasprşikin və şəxsi səbəblərdən regiona səfər edə bilməyən, amma öz müşahidəçisini göndərmiş amerikalı həmsədr Ceyms Uorlikin adından imzalanıb. 

Qeyd edək ki, həmsədrlərə 14-18 oktyabr tarixlərində regionda səfərdə olublar. Onlar Bakıda və İrəvanda iki ölkənin dövlət başçıları İlham Əliyev və Serj Sarkisyanla görüşüblər. Həmçinin qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində olublar. Onlar hər iki tərəfdən yerli məmurlar və komnadirlərlə görüşüblər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin