Tovuz rayonunda kişi arvadını orta məktəbdə döyüb.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisə şəhər ərazisindəki orta məktəblərdən birində baş verib.
Rayon sakini, 1994-cü il təvəllüdlü Elvin Məmmədov (soyad şərtidir) evdə onunla birlikdə yaşayan anası ilə mübahisə edib. Mübahisə zamanı anasına əsəbiləşən Elvin acığını həyat yoldaşı Jalədən çıxıb. O, Jalənin saçından tutaraq dartıb.
Bu hadisədən əsəbiləşən Jalə evdən çıxaraq yaxınlıqdakı orta məktəbə uşaqlarını gətirməyə gedib. Elvin əsəbi vəziyyətdə onun arxasınca gedərək orta məktəbdə həyat yoldaşını yaxalayıb.
O, Jaləni orta məktəbin müəllim və şagird kollektivi qarşısında döyüb, ona xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər, E.Məmmədov saxlanılıb, faktla bağlı protokol tərtib olunaraq iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Məmmədov 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:29 / 25.06.2026
Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...
Hazırda oxunan: Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...
Hazırda oxunan: Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...
621580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































