Zəlzələdən sonra Karakasda elektrik enerjisi və su təchizatında fasilələr müşahidə olunur.
Bizim.Media bu barədə "RİA Novosti" agentliyinə istinadla xəbər verir.
Şəhər sakinlərinin verdiyi məlumata görə, hər kəs küçələrdədir, bəzi ərazilərdə işıq yoxdur, su kəsilib.
Qeyd edək ki, iyunun 25-nə keçən gecə Venesuelada 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ baş verib.
Təkanlar 39 saniyəlik fasilə ilə bir-birinin ardınca olub. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, əsas təkanın episentri Karabobo ştatının Moron şəhərindən 16 kilometr cənub-qərbdə, paytaxt Karakasdan isə təxminən 160 kilometr qərbdə yerləşib.
Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib. Son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971 nəfərə çatıb.
Ən çox zərər çəkmiş bölgə onlarla binanın uçduğu La-Quayra ştatı olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:06 / 25.06.2026
Venesuelada son vəziyyət: Şəhərlər işıqsız və susuz qalıb
Hazırda oxunan: Venesuelada son vəziyyət: Şəhərlər işıqsız və susuz qalıb
Hazırda oxunan: Venesuelada son vəziyyət: Şəhərlər işıqsız və susuz qalıb
621585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































