Diplomatik xidmət imtahanının nəticələri ilə bağlı MƏLUMAT

Hazırda oxunan: Diplomatik xidmət imtahanının nəticələri ilə bağlı MƏLUMAT

621583

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 25-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahanın yazılı mərhələsi keçirilib.

Bizim.Media xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan zamanı namizədlərin xarici dil üzrə "dinləyib-anlama" və "oxuyub-anlama" bacarıqları, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqları yoxlanılıb.

İmtahan nəticələrinin danışıq bloku üzrə imtahanın nəticələri ilə birlikdə yaxın üç həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, namizədlərin danışıq bloku üzrə imtahanı iyunun 26-da keçiriləcək.

İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni DİM-in elektron xidmətlər portalı vasitəsilə əldə edə bilərlər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina və zal, imtahanın başlanma vaxtı, eləcə də iştirakçının imtahan binasına gəlməli olduğu vaxt göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin