Saqqız təmizləyən briqada ”“ Bulvarda

Hazırda oxunan: Saqqız təmizləyən briqada ”“ Bulvarda

47416
Bulvarda sakinlərin atdığı saqqızları təmizləmək üçün xüsusi briqada yaradılıb. 

Modeartor.az xəbər verir ki, bunu ANS-də yayımlanan “Günə Baxan” verilişində iştirak edən Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, sakinlərin bulvarda ən çox yerə atıldığı zibillərdən biri saqqızdır. "Bu saqqızları toplamaq, onların yerini təmizləmək üçün Dənizkənarı Bulvar İdarəsində xüsusi briqada yaradılıb. Bu briqadanın işi saqqızları yığmaqdır. Çünki yerə atılan saqqızlar bulvara istirahətə gələn sakinlərin ayaqqabılarına və yerə yapışır. Saqqız yerə yapışdığı üçün onu qoparmaq çətin olur. Buna görə də xüsusi cihazlardan istifadə edirik”, - deyə N.Məcidov bildirib.


Nazim Məcidov sakinləri təmizliyə riayət etməyə çağırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin