Aslan İsmayılov Şahin Yusifova cavab verdi

Hazırda oxunan: Aslan İsmayılov Şahin Yusifova cavab verdi

37504

 Ali Məhkəmənin Cinayət İşləi Kollegiyasının sədri Şahin Yusifov maraqlı etirafda bulunub.

 Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin yığıncağında çıxış edən Ali Məhkəmənin Cinayət İşləri Kollegiyasının sədri Şahin Yusifov deyib ki, məhkəmələr əsasən ittiham tərəfinin vəsatətlərini təmin edir.

 Ş.Yusifov bildirib ki, həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı xeyli problemlər var: “Məhkəmələr prokurorluğun həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimatlarını 98 faiz təmin edir. Bizim tələbimiz ondan ibarətdir ki, bu məsələ ilə bağlı beynəlxalq konvensiyanın tələblərinə qanunvericiliyə əməl edilməli və bu problem həll edilməlidir. Ali Məhkəmənin sədri Ramiz Rzayev da fikri belədir ki, əgər Avropa Məhkəməsi Azərbaycana qarşı qərar qəbul etsə, həmin işdə pozuntuya yol vermiş hakim gəlib Plenumda izahat verəcək. Əli İnsanovun işində hakim müdafiəçinin əlavə şahidin çağırılıb dindirilməsi barədə vəsatətini təmin etməyib, ona görə də Azərbaycana qarşı qərar qəbul edilib”.

 

 Şahin Yusigfovun bu açıqlamasının şifahi xalq ədəbiyyatında bir anoloqsuz seçmə ilə şərh etsək deyilərdi ki, avazı yaxşı gəlir, oxuduğu “Quran” olsa. Ancaq reallıqda bu deyilənlərin həqiqəti əks etdirmədiyini nəinki məktəblilər, bağça uşaqları da bilir. Ancaq yenə də bu açıqlamaya elə peşəkar hüquqşünasın şərhi bizim atmacamızdan daha məntiqli olar. Ona görə də Moderator.az  tanınmış hüquqşünas Aslan İsmayılova müraciət edib. Onun şərhini şərhsiz təqdim edirik:

“Bütün qanunsuz qərarlar tapşırıqla qəbul olunur. Bütün məhkəmələrdə hansı qərarı qəbul etməyi məhkəmə sədri müəyyən edir. Sədrlərə də tapşırığı üst məhkəmələrin sədrləri, Ədliyyə Nazirliyi və Prezident Aparatı verir. Bu günlərdə Bakı Apellyasiya Məhkəməsində Qənbər adlı şəxsin əleyhinə "Mərdəkan broyler"in sahibinin göstərişi ilə Ali Məhkəmənin sədri Ramiz Rzayevin təkidi ilə qanunsuz qərar qəbul edildi. Apellyasiya Məhkəməsi işin baxışını 1 ilə yaxın uzatsa da qanunu qərar qəbul etməyə imkan verilmədi.

Əli İnsanov kimisinin haqqında isə heç bir məhkəmə müstəqil qərar qəbul edə bilməzdi. Buna baxmayaraq öz rüşvət mənbəyini itirməmək üçün başqalarının evini yıxan hakimlər heç bir halda cəzasız qalmamalıdırlar. İstənilən qanunsuz qərarla bağlı hakimlərin "mənlik deyil" deməsi artıq o qədər adi hal alıb ki, az qala bu vicdansız bəhanəni normal qəbul etməyə başlayıblar.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin