Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Hazırda oxunan: Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

610232

Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı amerikalı həmkarı Donald Tramp İranın və onun rəhbərliyinin hazırda düşdüyü çətin vəziyyət barədə qiymətləndirmələrini bölüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə brifinqdə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, İran ətrafındakı mövcud vəziyyət iki prezidentin söhbətində beynəlxalq gündəliyin əsas mövzusu olub.
 

Tramp hazırda atəşkəs rejiminin davam etdiyi münaqişənin başa çatmış mərhələsinin yekunlarını vurğulayıb. Putin Amerika liderinin müvəqqəti barışığı uzatmaq qərarını dəstəkləyib və bunun danışıqlar prosesinə şans, Yaxın Şərqdə sabitliyə töhfə verdiyini qeyd edib.


"Bununla yanaşı, Rusiya prezidenti ABŞ və İsrailin yenidən güc tətbiq etməyə başlayacağı təqdirdə bunun nəinki İran və qonşuları, həm də bütün beynəlxalq birlik üçün qaçılmaz və olduqca ağır nəticələri olacağına diqqət çəkib. İran ərazisinə quru əməliyyatının həyata keçirilməsini isə tamamilə qəbuledilməz və təhlükəli olduğunu bildirib", — Uşakov deyib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin