Balakəndə fındıq bağında tarixi abidə tapılıb - FOTO

Hazırda oxunan: Balakəndə fındıq bağında tarixi abidə tapılıb - FOTO

610239

Balakəndə V-VII əsrlərə aid Alban məbədi olduğu ehtimal olunan tarixi abidə tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə  AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib.
 

A. Məmmədlinin verdiyi məlumata əsasən yeni kəşf olunan qədim tarixi abidə rayonun Mahmalar kəndi ərazisində, kənd sakinlərindən birinin fındıq bağında kolluq ərazidə elə tarixçi alimin özü tərəfindən tapılıb.


O, bu günədək qeydə alınmayan abidənin V-VII əsrlərə aid Alban məbədi olduğunu ehtimal edir.

Digər Alban məbədləri kimi, yeni tapılan tarixi abidə də düzbucaqlı formadadır. Düzbucaqlı bir nefli məbədin mehrab hissəsi salamat olsa da, giriş və ön hissəsi dağılıb. (apa.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin