2026-cı ilin yanvar ayı ərzində 1 milyon 190 min 194 pasiyent icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, fevral ayı ərzində 1 milyon 189 min 726 pasiyent, mart ayı ərzində isə 974 min 438 pasiyent icbari tibbi sığortadan istifadə edib.
Bu ilin ilk üç ayı ərzində ümumilikdə 3 milyon 354 min 358 şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanıb.
Günay Şahmar, Bizim.Media





























































































