Gəncədə məktəblilər arasında mübahisə qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 9 nömrəli tam orta məktəbində baş verib.
İlkin versiyaya görə, mübahisə zamanı 9-cu sinif şagirdi, 2011-ci il təvəllüdlü Ü.N. kəsici alətlə xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
İlkin məlumata əsasən, Ü.N.-yə xəsarəti həmin məktəbin 8-ci sinif şagirdi yetirib.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu








































































































