Son iki gündə Şimal-Qərb bölgəsində yenidən qeyri-sabit hava şəraiti müşahidə olunur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gündən başlayaraq bölgə rayonlarında havanın temperaturu 7-9 dərəcəyədək enib.
Ərazilərdə fasilələrlə yağış yağır. Bölgənin yüksək dağlıq ərazilərinə qar düşüb, aran rayonlarında isə bu gün də zəif yağış müşahidə olunur. Çiskinli və dumanlı hava şəraiti hökm sürür.
Bölgədən keçən bir sıra avtomobil yollarında, əsasən Oğuz-Şəki və Qax-Zaqatala istiqamətində duman müşahidə edildiyindən sürücülərə sürət həddinə riayət etmələri tövsiyə olunur.
Verilən məlumatlara görə, hava şəraiti sabaha qədər belə davam edəcək. Növbəti gündən yağıntıların kəsiləcəyi və temperaturun yüksələcəyi gözlənilir.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu







































































































