Tramp İranla Ukraynanı səhv saldı – VİDEO

Hazırda oxunan: Tramp İranla Ukraynanı səhv saldı – VİDEO

610258

ABŞ prezidenti Donald Trump jurnalistlərlə söhbəti zamanı Ukrayna ilə bağlı açıqlamasında iki fərqli münaqişəni qarışdırıb.

Bizim.Media xəbər verir ki, CNN telekanalının jurnalisti Kaitlan Collinsin suallarını cavablandırarkən baş verib.

Jurnalist Trampdan Ukrayna yoxsa İrandakı münaqişənin daha tez bitəcəyini soruşub. ABŞ Prezidenti isə Ukraynanın vəziyyətini təsvir edərkən faktları qarışdırıb.

O, Ukraynanın donanmasının “tamamilə məhv edildiyini”, hərbi təyyarələrinin vurulduğunu, raketlərinin böyük hissəsinin qalmadığını və iqtisadiyyatının çökməkdə olduğunu iddia edib.

Sonradan Collins bu məsələni telekanalın “The Lead” proqramında şərh edərək bildirib:

“Düşünürəm ki, o, burada İranı nəzərdə tuturdu, çünki daha sonra donanmanın məhv edilməsindən danışdı”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin