Orxan Zeynalovun gizləndiyi ev də tapıldı - VİDEO

Hazırda oxunan: Orxan Zeynalovun gizləndiyi ev də tapıldı - VİDEO

35315
Moskvaətrafı vilayətinin Kolomna şəhərində yaşayan azərbaycanlılar - Rübail və Zöhrə oktyabrın 15-inə keçən gedə Orxan Zeynalovu evlərində saxlayıblar. Moderator.az-ın Lifenews-a istinadən verdiyi məlumata görə, Rübail Orxanla bu ilin yayında tanış olduğunu deyib. Rübailin Kolomnada qarpız və yemiş satışı ilə məşğul olan ticarət yeri var. Orxan Zeynalov Kolomnada ticarət nöqtəsi açmaq istəyirmiş. Amma onun işləri gətirməyib və yenidən Moskvaya qayıdıb.
Oktyabrın 16-sı səhər saat 4-də Orxan Zeynalov Rübailgilə gəlib və gecələmək istədiyini deyib: “Özünü sakit aparırdı. Fotosunu hələ televiziyada göstərmirdilər. Ona görə də həmyerli kimi evə buraxdıq”, - Rübail deyib.
Səhər Rübail Orxanı evdə qoyub və işə gedib. “Yuxudan oyananda soruşdu ki, televizor və kompüter varmı. Mən də dedim ki, var”, - Rübailin həyat yoldaşı Zöhrə deyir. Günorta Zöhrə yatıb və oyananda Orxan Zeynalov evdə olmayıb. 
Axşam saat 19 radələrində mülki geyimlilər evə gəliblər, sorğu-sual aparıblar, əl izləyir götürüblər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin