Pərviz Həşimlinin həbsini kim sifariş veribmiş...?

Hazırda oxunan: Pərviz Həşimlinin həbsini kim sifariş veribmiş...?

35097

Tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin seçkilərə 20 gün qalmış qondarma ittihamlarla həbs olunmasına media əhli və sosial şəbəkə istifadəçiləri eninə-boyuna şərhlər yazdılar, çoxsaylı ehtimallar dilə gətirildi. Hətta bəziləri Pərviz Həşimlinin vitse-spiker Valeh Ələsgərovla bağlı həbsdən bir neçə gün öncə yazılmış məqalənin  güdazına getdiyini iddia edirdilər, həbs qərarının məhz onun ölkənin rəhbərliyinə müraciət etməsindən sonra verildiyini vurğulayırdılar. Xatırladaq ki, həmin yazıda Samux rayon polis şöbəsindəki etibarlı mənbədən Moderator.az-a məlumat verilmişdi ki, Valeh Ələsgərovun qardaşının Samuxun Qarayeri kəndindəki məhləsinin qonşuluğundakı həyətyanı sahədən külli miqdarda marixuana kolu aşkar edilib. Həmin vaxt polis şöbəsi bu xəbəri təsdiq etmiş və saxlanılanların olduğunu da nazirlik rəsmən bəyan eləmişdi. O vaxt  sadəcə adının çəkilməsinə vitse-spiker sərt reaksiya bildirmiş, həmin yazını yazanı Allah tapşırdığını demişdi. İddialara görə V. Ələsgərov bununla kifayətlənməyərək müvafiq qurumlara da tapşırıq veribmiş, buna görə də qisasçılıq zəminində Pərvizi şərləyərək həbs ediblər...

 Ancaq sən demə, Pərvizin həbsinə başqa amillər səbəb olub və sifariş başqa mənbədən gəlib. Moderator.az-ın əldə etdiyi informasiyaya görə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun deputat qardaşı Malik Həsənovun və onun Fərman adlı işçisinin Milli Təhlükəsizlik Nazirliyinə Pərviz Həşimli ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar ötürdüyünə görə jurnalisti həbs ediblər. Araşdırmalarımız davam edir və oxuculara daha dəqiq və təfsilatlı məlumat verməyə çalışacağıq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin