Elçin Behbudov Pərviz Həşimli ilə görüşüb

Hazırda oxunan: Elçin Behbudov Pərviz Həşimli ilə görüşüb

35028

 İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və müavini Elçin Şirinov MTN-nin təcridxanasında monitorinq aparıblar və qondarma ittihamlarla həbs edilən jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Komitə sədrinin Moderator.az-a verdiyi məlumata görə, monitorinqin məqsədi MTN təcridxanasında saxlanılan məhbusların prezident seçkilərində iştirakının müşahidə edilməsi olub. E.Behbudov bildirib ki, komitə sədrinin müavini Elçin Şirinovla birlikdə Pərviz Həşimli ilə görüşüb. Hüquq müdafiəçisinin bildirdiyinə görə, P.Həşimli saxlanma şəraitindən, həbsdə olduğu müddətdə ona qarşı münasibətdən şikayəti olmayıb: "Xahiş etdi ki, baş prokurora müraciət edək ki, istintaq sürətləndirilsin. Bildirdi ki, özünü günahkar hesab etmir. Ailəsinin şəklini istədi və mən təcridxana rəhbərliyindən xahiş elədim ki, bunu reallaşdırsınlar. Ailəsi ilə məktublaşmaq istəyini də təcridxana rəhbərliyinin nəzərinə çatdırdım. Rəhbərlik də bu  məsələləri həll edəcəklərini bildirdilər. Qəzetlərin ona çatdırılacağını da dedilər. Amma bildirdilər ki, onlara hansı qəzetlər gəlirsə, həmin qəzetləri də P.Həşimliyə verəcəklər.

Qeyd edək ki, görüşdə P.Həşimlinin vəkili Elçin Sadıqlı da iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin