Gülər Əhmədovanın məhkəməsi oktyabrın 21-ə təxirə salındı

Hazırda oxunan: Gülər Əhmədovanın məhkəməsi oktyabrın 21-ə təxirə salındı

34540
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq deputat Gülər Əhmədovanın cinayət işi ilə bağlı məhkəmə prosesi başlamalı idi. 


Moderator.az xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçiriləcək proses naməlum səbəbdən təxirə salınıb. 

Məhkəmənin qəbul şöbəsindən bildirilib ki, Gülər Əhmədovanın cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası oktyabrın 21-ə təyin edilib.

Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. 

Qeyd edək ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Bu ilin fevralın 13-də isə Gülər Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin