Dünən
axşam saatlarında “Bizim Yol” qəzetinin əməkdaşı və Moderator.az saytının
direktoru, tanınmış jurnalist və hüquq müdafiəçisinin işlədiyi qəzet
redsaksiyasında və mənzilində MTN əməkdaşları tərəfindən axtarış aparıldıqdan
sonra gecə saatlarında növbəti axtarış da Moderator.az saytının ofisində
aparıldı. Doqquz nəfər əməliyyatçı iki hal şahidinin və Pəviz Həşimlinin
iştirakıyla ofis ələk-vələk edilərək bütün kompüterlər, ofisin lazımı sənədləri
və junalistlərin istifadə etdikləri materal və digər avadanlıqlar protokol tərtib
edilərək aparıldı. Axtarış gecə saatlarınadək davam etdiyindən mətbuata ətraflı
məlumat veilməsi mümkün olmadı və qərara aldıq ki, bu gün bəyanat yayaraq səbəbəni
anlamadığımız gərginliklə baglı ictimaiyyətə ətraflı bilgi verək.
Bildirmək
istəyirik ki, Pərviz Həşimli barəsində elan olunan ittiham və qaldırılmış cinayət
işi tamamilə əsassızdır və çox güman ki, onun ictimai fəaliyyəti ilə bağlıdır.
Saytın ofisində axtarış aparıldığı saatlarda Pərviz Həşimlinin özüylə bir neçə
cümləlik də olsa danışmaq imkan əldə etdiyimiz zaman da o barəsində elan olunan
ittihamı qətiyyətlə rədd etdi və ölkə ictimiyyətinə, beynəlxalq təşkilatlara bu
barədə bilgi verilməsini istədi.
Biz bəyan
edirik ki, baş verən hadisədən ölkə prezidenti İlham Əliyevin xəbəri yoxdur.
Çünki ən azı seçkilərin qapının ağzını aldığı və dünyanın dörd gözlə Azəbaycandakı
seçkiöncəsi prosesləri izlədiyi bir həssas dönəmdə ölkənin ən tanınmış
jurnalistlərindən və hüquq müdafiəçilərindən olan Pərviz Həşimlinin qondarma
ittihamlarla həbsə atılmasına imkan veməzdi. Biz fəaliyyətə başladığımız qısa
dövr ərzində mümkün qədər neytrallığımızı qorumağa çalışmışıq və ölkənin
iqtidarlı- müxalifətli düşərgəsi ilə bərabər səviyyədə əməkdaşlıq qurmağa nail
olmuşuq. Ona görə də ötən il Müqəddəs Həcc ziyarətində olmuş, heç vaxt içki və
siqaret istifadəçisi olmayan bir jurnalistin evindən silah-sursat, narkotik
“tapılması”nı hüquq və şəriət baxımından yolverilməz hesab edirik.
Bütün
kompüterlər müsadirə olunduğundan biz mümkün olduğu qədər şəxsi noutbuklardan
istifadə etməklə fəaliyyətimizi davam etdirməyə çalışacağıq və həmkarlarımızın
dəstəyinə ümid edirik. Beynəlxalq ictimaiyyətə də səslənərək onları bu həbsə
biganə qalmamağa səsləyirik.


































































































