Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri, xanım Angela Merkelə başsağlığı məktub göndərib.
xa0
APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli xanım Federal Kansler!
xa0
Almaniya Federativ Respublikasının keçmiş Federal Kansleri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Helmut Kolun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
xa0
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
xa0
H. Kol dünən 87 yaşında vəfat edib.




































































































