Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Hazırda oxunan: Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

620337

Bakıda əcnəbi hamilə qadının ona edilən jestlə bağlı çəkdiyi video maraqla qarşılanıb.

Bizim.Media-nın “xezerxeber.az”a istinadla verdiyi məlumata görə, yayılan video qısa müddətdə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Paytaxtda özəl sektorda çalışan qırğızstanlı qadın Meerim Esenalieva mağazalardan birinə daxil olub və su almaq istəyib. elə maraqlı anlar da bundan sonra başlayıb:

"Bu dəqiqə mağazaya girdim. Adi bir su almağa. Qiyməti 1 manat 50 qəpik civarındadır. Kasaya gəldim ki, pulu ödəyim. Kartı terminala yaxınlaşdırdım, pul ödənilmədi. İkinci kartı da qoydum, eyni vəziyyət - pul köçmədi.

Kassir mənə dedi ki, deyəsən, kartınızda pul yoxdur. Mən dedim yox, var pulum, sadəcə köçürmə edə bilmirəm. Sonda mənə qayıtdı ki, götür, narahat olma. Əgər yadına düşsə, pulu gətirib verərsən. İnanırsınız, mən az qaldı kı, ağlayım. Çünki hamiləyəm və belə bir addım mənim üçün çox dəyərlidir".

Meerim Esenalieva ona edilən jest və maraq doğuran videosu ilə bağlı "Xəzər Xəbər"ə danışıb.

O deyib ki, aldığı, sadəcə bir şüşə su deyildi, bu hal əsl insanlıq dərsi idi.

Meerim Esenalieva bildirir ki, videonu çəkərkən bu qədər səs-küy doğuracağını düşünməyib:

“Sadəcə mən insanların və insanlığın necə dəyərli olduğunu bildirmək üçün videonu çəkdim”.

O əlavə edib ki, ertəsi gün satıcıya yaxınlaşaraq borcunu ödəyib və ona sonsuz minnətdarlığını bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin