Polşa prezidenti Karol Navrotski Volodimir Zelenskini ölkənin ən ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edib.
Bizim.Media xəbər verir ki, bu barədə "wpolityce.pl" informasiya portalı məlumat yayıb.
Məlumata görə, qərarın verilməsinə səbəb Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi olub.
"Belə bir rəmz təkcə xidmətlər deyil, həm də birliyimizin əsasını təşkil edən dəyərlərə hörmət tələb edir", - Polşa Prezidenti bildirib.
Onun sözlərinə görə, orden Polşanın "ən ali etimad rəmzi" və Polşa millətinin minnətdarlığıdır, lakin Zelenski bu təşkilatın üzvlərinin qəhrəmanlaşdırılmasından imtina etmədiyi üçün yekun qərar qəbul olunub.
Bundan əvvəl Polşa dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları” adının verilməsi barədə qərarın dəyişdirilməsi üçün Zelenskiyə bir neçə gün vaxt vermişdi, lakin Ukrayna tərəfindən buna heç bir cavab gəlməmişdi.
Bizim.Media




































































































