Hamilə qadınların yayda ən çox verdiyi sual: Hovuza girmək olarmı?

Hazırda oxunan: Hamilə qadınların yayda ən çox verdiyi sual: Hovuza girmək olarmı?

620403

Yayda sərinləmək üçün istirahət mərkəzlərində hovuza girmək istəyən hamilə qadınlar diqqətli olmalıdır.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, mama-ginekoloq Bahadır Kodal bu barədə məlumat verərək bildirib ki, hovuzlarda gigiyena qaydalarına əməl edilməməsi infeksiya riskini artıra bilər. O, hovuz seçiminin və həkimin təsdiqinin vacibliyini bildirib.
 

Bahadır Kodal qeyd edib ki, sağlam hamiləliklərdə hovuz istifadəsi ümumiyyətlə təhlükəsizdir. Uyğun şərait yaradıldıqda, hovuzdan istifadə ümumiyyətlə nə ana, nə də körpə üçün risk yaratmır.


"Düşmə, qanaxma təhlükəsi olmayan, vaxtından əvvəl doğuş riski altında olmayan hamilə qadınlar hovuza təhlükəsiz şəkildə girə bilərlər", - deyə Kodal bildirib.

Həkim həmçinin termal sular, isti bulaqlar və jakuzilərlə bağlı xəbərdarlıq edərək, hamiləlik dövründə bədən istiliyini artıra biləcək çox isti mühitlərin tövsiyə edilmədiyini bildirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin