Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

Hazırda oxunan: Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

620332

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində dənizdə batma təhlükəsində olan 2008-ci il təvəllüdlü Nəsirli Sadiq Elnur oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin